Qadın güləşçilərimiz sabah Bakıya dönür
Məlum olduğu kimi, bu il Londonda XXX Yay Olimpiya Oyunları keçiriləcək. İdman.com.az saytının məlumatına görə, «dördillik»yə və qarşıdan gələn beynəlxalq yarışlara hazırlıq məqsədi ilə qadın güləşçilərdən ibarət yığma komandamız təlim-məşq toplanışındadır.

Qusar Olimpiya Kompleksində təşkil edilmiş hazırlığda baş məşqçi Rövşən Umudov, böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi ilə 14 idmançı iştirak edir. Millimiz paytaxta yanvarın 18-də dönəcək.

1.Baqomedova Marziget (48 kq)
2.Baqomedova Patimat (51 kq)
3.Doroqan Anjela (51 kq)
4.Dubovska Yarina (55 kq)
5.Ratkeviç Yuliya (55 kq)
6.Əhmədli Sona (59 kq)
7.Zamula Olesya (63 kq)
8.Netreba İrina (63 kq)
9.Belyayeva Anna (63 kq)
10.Zutova Gözəl (63 kq)
11.Sementsova Nadya (67 kq)
12.Qurbanhacıyeva Zümrüd (67 kq)
13.İvanova Dina (72 kq)
14.Palamarçuk Nataliya (72 kq)

Xəbər 1097 dəfə oxundu.