Daha bir voleybolçu "Rabitə"dən getdi
Son 2 mövsümü “Rabitə”də oynayan Dora Horvat karyerasını İtaliyada davam etdirəcək. 27 yaşlı macarıstanlı voleybolçu “Modena” ilə danışıqları müsbət yekunlaşdırıb.
O, artıq komanda ilə 2 illik müqaviləyə imza da atıb.

Yığmasının da şərəfini qoruyan hücumçu bununla da 2012/2013 mövsümündə (mövsümün sonunu Rusiya “Ufimoçka”sında keçirib) çıxış etdiyi komandaya qayıdıb.
Qeyd edək ki, Horvat “Rabitə” ilə 2 dəfə Azərbaycan Super Liqasının qızıl və 1 dəfə Çempionlar Liqasının gümüş medalını qazanıb.

Xəbər 758 dəfə oxundu.