Avstriya ilk Avropa Oyunlarında 145 idmançı ilə təmsil olunacaq
Avstriya Milli Olimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarında mübarizə aparacaq idmançıları müəyyənləşdirib.

Avstriyanı Azərbaycanda 145 idmançı təmsil edəcək. Heyətdə yer alan 15 idmançı Yay Olimpiya Oyunlarının iştirakçısıdır.

Avstraliyalı idmançılar “Bakı-2015”də badminton, çimərlik voleybolu, boks, kanoe, velosiped, suyatullanma, qılıncoynatma, gimnastika, cüdo, karate, sambo, atıcılıq, üzgüçülük, stolüstü tennis, triatlon və güləş yarışlarında mübarizə aparacaqlar.

Xəbər 729 dəfə oxundu.