Junior Nildo: İnterin çempion olacağına inanıram | |
"İnter"in hücumçusu Junior Nildonun müsahibəsi - Turnir cədvəlindəki son vəziyyət sizi qane edir? - Hələlik, ikinci yerdəyik, çempionluq uğrunda mübarizəni davam etdiririk. Fikrimcə, narazı olmamalıyıq. Daha çoxuna nail ola bilərik. - "Neftçi" üzərindəki 4:0 hesablı qələbə ilə bağlı nə deyə bilərsiniz? - Biz ən yaxşı oyunlarımızdan birini keçirdik. 4:0 bizim üçün əla nəticədir. Halbuki, bu rəqiblə istənilən oyunumuz çox ağır keçir. - Siz bu komandanın sizi kubokdan uzaqlaşdırmasının qisasını almağa çalışırdınız? - Xeyr, sadəcə, belə alındı. Həm də kubok və çempionat oyunları bir-birindən fərqlənir. Elə alındı ki, ələ düşən şanslardan maksimum yararlandıq. Həm də unutmaq lazım deyil ki, "Neftçi"nin heyətində problemləri var idi. Bunun da təsiri oldu. - "Qarabağ", yoxsa "İnter"? - (gülür) "İnter"in çempion olacağına inanıram. Baxmayaraq ki, "Qarabağ"ın şansı daha çoxdur. Hər şeyə tezliklə aydınlıq gələcək. İndi kimin qalib olacağını demək düzgün olmaz. Hər şey mümkündür. - "Qarabağ"ın qarşıda "Sumqayıt"la, sizin "Qəbələ" ilə oyununuz var... - Bizim üçün ağır oyun olacaq. Amma "Qarabağ" da, "İnter" də qələbəyə oynayacaq. - "Qəbələ" 10 oyundur uduzmur, onların da 9-da qələbə qazanıb... - Bunu bilirik. Amma bizim bir hədəfimiz var - qələbə qazanmaq. - "Qəbələ" ilə görüşü sizin üçün çempionluq yolunda finala bərabər saymaq olar? - Bəli, müəyyən qədər elədir. Rəqib çox yaxşı komandadır, güclü hücum xətti var. - Məğlubiyyət sizin çempionluq şanslarınızı heçə endirəcək... - Elədir. "Qarabağ" bizdən öndədir. Onlara çatmaq üçün isə mütləq qələbə qazanmağımız lazımdır. - Klubdakı işlər necədir? Maliyyə problemi yoluna qoyuldu? - Bu barədə danışmaq istəməzdim. - Yayda "İnter"də qalacaqsınız, ya getməyi düşünürsünüz? - Mənim müqaviləm var və getmək barədə hələ düşünmürəm. - Başqa klbulardan təklif var? - Bəli. Amma indi "İnter"in futbolçusuyam və başqa təkliflər barədə danışmağım mən tərəfdən düzgün olmaz. İndi mövsümü yaxşı nəticə ilə başa vurmaq haqda düşünmək daha vacibdir. |
|
Xəbər 704 dəfə oxundu. |
|
|