Rəqib baş məşqçi: “Neftçi” ilə oyun gərgin keçdi
“Öncə onu deyim ki, oyun çox gərgin alındı”. İdman.com.az saytının xəbərinə görə, bunu Drezden “Dinamo”sunun baş məşqçisi Ralf Lus deyib.

II Bundesliqa təmsilçisi bu gün Antalyada hazırlıq keçən “Neftçi” klubunu 1:0 hesabı ilə məğlub edib. Oyunla bağlı danışan çalışdırıcı qeyd edib ki, hər iki komandanın qol vurmaq üçün şansı oldu: “Üstünlük gah bizim, gah da rəqibin tərəfinə keçirdi. Qolu çətinliklə vura bildik".

Xəbər 919 dəfə oxundu.