Hakimlərin seminarı kçiriləcək
Bakı 2015 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Milli Karate Federasiyası hakimlərin seminarını təşkil edəcək. 16-17 may tarixlərində seminara Avropa Karate Federasiyası (EKF) Hakimlər komissiyasının sədri Primoz Debenak rəhbərlik edəcək.

16 mayda saat 09:30-da "Diplomat" otelində (Süleyman Rəhimov k. 185. Milli bankın yaxınlığı) başlanacaq seminar ertəsi gün Bakı Kristal zalında davam etdiriləcək. İlk gün nəzəri, növbəti gün isə praktiki seminar keçiriləcək. 18 may tarxində hakimlər karate üzrə Avropa Oyunlarının test yarışını idarə edəcəklər.
Bütün hakimlərin iştirak etməsi məcburidir. Hakimlər seminarda rəsmi geyimdə olmalıdırlar.

Xəbər 812 dəfə oxundu.