Bazarstore Bakı 2015 məhsullarının satışına başlayır
Bazarstore mağazalar şəbəkəsi – Bakı 2015 Avropa Oyunlarının rəsmi dəstəkçisi və məhsulların rəsmi tədarükçüsü bugün Bakı Bulvarında mağaza açılışını keçirmişdir. Bazarstore həmçinin bu məhsulların öz mağazalarında və Bakıdakı ticarət mərkəzlərinin xüsusi təyin edilmiş yerlərində satılacağını elan etmişdir.

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Cənab Saymon Kleq demişdir ki, “Bazarstore ilk Avropa oyunlarının rəsmi dəstəkçisi və millionlarla Azərbaycanlının həyatının bir parçasıdır. Bu şirkətin daimi dəstəyi Bakı 2015 həyəcanın daha da artmasına xidmət edir.

“Mən əminəm ki, Bakı əhalisinin əksəriyyəti bu möhtəşəm tədbirin bir hissəsinə çevrilmək istəyəcək və Bazarstore mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar da hər bir kəsə Azərbaycanda və Avropada yaşanacaq bu həyəcanın bir parçası olmaq imkanını verəcək”

Bakı 2015 brendli mallar geyimlər, aksesuarlar və suvenirlər daxil olmaqla, xüsusi Bakı 2015 dizaynına sahib olacaqlar və şirkət tərəfindən xüsusi təyin edilmiş nöqtələrdə satılacaqlar. Məhsulların satış dizaynları xüsusi olaraq Bakı 2015 üçün yaradılmışdır və onlar öz orijinallığını təsdiqləyəcək holoqramla təmin olunacaqlar.

Şəki ipək kəlağayısı, naxışlanmış armudu stəkanlar, nərd və milli gəlinciklər seçimindən ibarət olan məhsulların hər biri Azərbaycanda istehsal olunmuşdur. Məhsulların yerli istehsal olması özündə yerli mədəniyyət və istehsalatı ehtiva edir və bu, Azərbaycan üçün bir irs olaraq qalacaqdır.

Azərsun Holdinq Ictimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək şöbəsinin müdiri Afiq Səfərov: “Bu gün ölkəmizin ev sahibliyi etdiyi Bakı 2015 Birinci Avropa oyunlarının rəsmi dəstəkçisi seçilməmiz əldə etdiymiz nəaliyyətlərin bariz nümunəsi olmaqla yanaşı həm də bizim üçün böyük fəxrdir. Bazarstore komandası olaraq Bakı 2015 Avropa oyunlarının möhtəşəm uğuru üçün həm bir təşkilat, həm də Azərbaycanın vətəndaşları kimi əlimizdən gələn dəstəyi göstərməyə hazırıq.

Dənizkənarı Milli parkın ərazisində qurulan bu mağazamızda Bakı 2015 Birinci Avropa oyunlarının simvollarının əks olunduğu məhsulların satışı və nümayişini həyata keçirəcəyik. Bu mağaza ilə yanaşı, bu məhsullar Bazarstore mağazalar şəbəkəsinin bütün mağazalarında və oyunların keçirildiyi 6 stadionda, 3 alış-veriş mərkəzində, Atlet və Media kəndlərində də satışa çıxarılacaqdır”.

Məhsulların uyğun qiyməti və geniş çeşidi yerli insanlar və xarici qonaqlar üçün oyunları daha rəngarəng edəcəkdir.

Xəbər 1023 dəfə oxundu.