“Azərreyl” son görüşdə də qalib gəldi
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. İdman.com.az saytının məlumatına görə, qitənin ən mötəbər yarışının VI turunda Bakının “Azərreyl” klubu doğma divarlarda “Tomis”i qəbul edib. Matç boyu üstün oyun nümayiş etdirən “dəmiryolçular” Rumıniya komandasına 1 set belə verməyiblər – 3:0.

Bu gün keçiriləcək digər görüşdə “Vəqfbank TTelekom” evdə İtaliyanın “Foppapedretti” klubuna uduzsa, onda türkiyəlilər “D” qrupunda 2-ci yer tutacaq. Adı çəkilən mərhələdə qalib adını “Azərreyl” komandası qazanacaq.


“D” qrupu
“Azərreyl” (Azərbaycan) – “Tomis” (Rumıniya) - 3:0 (25:20, 25:16, 27:25)
Hakimlər: Viktor Kozlovski (Ukrayna), Yevgeni Makşanov (Rusiya)

Xəbər 909 dəfə oxundu.