"Qəbələ" Avrokubok oyunlarını harada oynayacaq?
“Qəbələ”nin Avropa Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. Klubun meneceri Səməd Nəsibov bildirib ki, UEFA-ya Qəbələ və Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionları sifariş olunub.

Onun sözlərinə görə, komanda ilk iki təsnifat mərhələsinin ev oyunlarını Qəbələ şəhər stadionda keçirə bilər. Ancaq "qırmızı-qaralar” növbəti mərhələyə yüksəlsə, rəqibini T.Bəhramov adına stadionda qəbul edəcək. Buna səbəb Qəbələ şəhər stadionu Avropa standartlarına tam cavab verməməsidir.

Xəbər 694 dəfə oxundu.