Qrossmeysterlərimiz heç-heçə etdilər
Niderlandın Veyk-an-Zeye şəhərində şahmatçılar arasında ənənəvi beynəlxalq superturnir davam edir. İdman.com.az saytının məlumatına görə, bu gün keçirilmiş 4-cü turun partiyalarında təmsilçilərimiz heç-heçə ediblər. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2773) qara fiqurlarla Boris Gelfand (2739) ilə görüşüb. Gərgin mübarizədə tərəflər 30-cu gedişdə sülh bağlayıblar.

Milli komandamızın digər aparıcı şahmatçısı Vüqar Həşimov (2761) qara fiqurlarla bolqarıstanlı Veselin Topalovla (2770) qarşılaşıb. Həmyelimiz 55-ci gedişdə SOCAR klubunun yeni legioneri ilə xalları yarıya bölüb.

Dünya reytinqində 1-ci olan Maqnus Karlsen (2835) 4 turdan sonra 3 xalla şəriksiz liderdir (3,5 xal). Teymurun hesabında 2,5, Vüqarın aktivində 1,5 xal var.

Xəbər 975 dəfə oxundu.