Rəhimov Rüstəm Tələt oğlu
Rəhimov Rüstəm Tələt oğlu 6 mart 1948-ci ildə Bakı şəhərində anadan olub.
1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1960-cı ildən «Neftçi» komandasında futbol oynamağa başlayıb. 1964-1965-ci illərdə «Neftçi»nin heyətində oynayıb. 1967-1971-ci illərdə beynəlxalq yarışlarda iştirak edib. 1977-ci ildən hakimlik fəaliyyətinə başlayıb. Dünya, Avropa çempionatlarının və Olimpiadaların seçmə oyunlarını idarə etdiyi üçün FİFA tərəfindən medalla mükafatlandırılıb. 1983-1987-ci illərdə Azərbaycanı yeganə hakim kimi təmsil edib. 1984-cü ildə Ümümittifaq dərəcəli hakim adına layiq görülüb. 1992-1994-cü illərdə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsində işləyib. 1997-ci ildən «Neftçi» İSM-də məşqçi kimi fəaliyyət göstərir. Hazırda AFFA-da hakimlərin təkmilləşdirilməsi kursuna rəhbərlik edir.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 2367 dəfə oxundu.