Ture İnterə keçməyə razılıq verdi | |
Mançester Sitinin yarımmüdafiəçisi Yaya Ture İnterə keçməyə yaxındır. İvuarlı futbolçu İtaliya klubuna keçməyə razılıq verib. Bu barədə Mediaset xəbər yayıb. Müqaviləyə əsasən 31 yaşlı yarımmüdafiəçi ildə 5 milyon qazanmalıdır. Lakin müəyyən şərtlər əsasında qazanc 8 milyon avroya çata bilər. Məlumata görə İnter Mançester Sitiyə Ture üçün 8 milyon avro təklif etmək niyyətindədir. Xatırladaq ki, Ture İnterin baş məşqçisi Roberto Mançini ilə yaxından tanışdır. |
|
Xəbər 810 dəfə oxundu. |
|
|