"Qarabağ" "İnter"in futbolçusu ilə müqavilə bağlayır
“Qarabağ” yeni transfer həyata keçirməyə hazırlaşır. Bu haqda jurnalistlərə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bildirib. Onun sözlərinə görə, Bakı “İnter”inin sol cinah müdafiəçisi Azər Salahlı ilə razılığa gəliblər. Bu futbolçu ilə yaxın vaxtlarda müqavilə imzalanacağı gözlənilir. Qeyd edək ki, A.Salahlı eyni zamanda Azərbaycanın

U-21 millisinin kapitanıdır.

Əlavə edək ki, “Qarabağ”a keçdikdən sonra A.Salahlını Albaniya millisinin müdafiəçisi Ansi Aqolli ilə çətin rəqabət gözləyir.

Xəbər 754 dəfə oxundu.