"Ağ-qaralar" Alman klubuna uduzdu
Türkiyənin Antalya şəhərində olan "Neftçi" hazırlığın ilk mərhələsində bu gün ilk yoxlama oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, Böyükağa Hacıyevin rəhbərlik etdiyi komandanın rəqibi Almaniyanın “Dinamo” klubu olub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən matçda qərbi avropalılar seviniblər – 1:0. Yeganə qolu görüşün 66-cı dəqiqəsində Marçin Knol vurub.

Qeyd edək ki, rəqib vaxtilə 8 dəfə ADR çempionu olub, 7 dəfə kubok qazanan Drezden təmsilçisi indi yaxşı günlərini yaşamır. Ralf Loosun baş məşqçilik etdiyi kollektiv II Bundesliqada 18 komanda arasında 11-ci yerdə qərarlaşıb. Aşağı dəstə təmsilçisinin hesabında 19 oyuna 22 xal var.

Xəbər 1016 dəfə oxundu.