“Azərreyl” və “Rabitə”nin oyunları yalnız “Topaz”da
Bu gün “Topaz” öz müştərilərinə 35 oyun təklif edir. İdman.com.az saytının məlumatına görə, bunların arasında futbol üzrə 13, basketbol üzrə 14, hokkey üzrə 6 və voleybol üzrə 2 ekspress oyun yer alıb.
Futbol proqramı əsasən, Avropa ölkələrinin milli kuboklarına həsr edilib. Basketbol proqramında isə Avropa Basketbol Kubokuna və Amerika Basketbol Liqasına görüşləri yer alıb.

Əlavə olaraq, “Topaz”da qadın voleybolçular arasında Çempionlar Liqasında klublarımız – “Azərreyl” və “Rabitə”nin azarkeşləri üçün 2 matç açılıb.
Belə ki, ölkəmizdə yeganə mərc oyunları operatoru “dəmiryolçular”ın Rumıniya “Tomis”i ilə görüşündə qələbəsinə 1,01 əmsal verilib. Konstanta təmsilçisinin məğlub olmaması 3,80 əmsalla qiymətləndirilib.

Azərbaycan çempionu “Rabitə”nin isə səfərdə Fransa “Myulhaus”u ilə görüşdə xal itirməyəcəyi 1,05, uduzmağı 3,30 əmsaldır.
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Xəbər 963 dəfə oxundu.