Azərbaycan 3x3 basketbol üzrə dünyanın ən yaxşıları ilə üz-üzə
Ötən gün, Beynəlxalq Basketbol Federasiyası Bakı 2015 Avropa Oyunlarında kişi və qadınların 3x3 basketbol üzrə yarışlarının püşkatmasının nəticələrini açıqladı. Azərbaycan hər iki yarışda təmsil olunacaq və qadınlardan ibarət komandamız A qrupunda Hollandiya ( hazırda dünyanın ən yaxşı komandası), İsveçrə və Yunanıstan, kişilərdən ibarət komandamız isə D qrupunda Andorra, Çex Respublikası və İsveçrəyə qarşı mübarizə aparacaq.

Qadınların yarışında, Çexiya Respublikası, Belçika, Türkiyə və Ukrayna B qrupunda; İspaniya, Sloveniya, İrlandiya və Slovakiya C qrupunda, Rumıniya, Rusiya, İsrail və Litva isə D qrupunda mübarizəyə qoşulacaqlar.

Kişilərin yarışında isə, A qrupu üzrə Sloveniya, Rumıniya, Litva və İsrail, B qrupu üzrə Rusiya, İspaniya, Türkiyə və Belçika, C qrupu üzrə isə Estoniya, SErbiya, İtaliya və Yunanıstan komandaları yarışacaqlar.

Dairəvi system üzrə keçirilən yarışlardan sonra, bütün komandalar birbaşa seçmə mərhələsinə irəliləyəcəklər və bu mərhələdə qrup üzrə yekun nəticələrinə əsasən seçiləcəklər.

Bakı 2015-in idman şöbəsinin direktoru Pirs O’Kallaqan dedi: “ Bakı 2015-in proqramına daxil edilmiş yeni və innovative idman növlərindən biri olan 3x3 basketbola olduqca böyük maraq göstəriləcək. İlk Avropa Oyunlarının çempionunu müəyyənləşdirəcək yarışların gərgin mübarizə şəraitində keçəcəyinə şübhə yoxdur.

"Mötəbər Oyunları gerçəkləşdirmək üçün hər şey hazırdır və bu yay Bakıda ən yaxşı komandaların mübarizə aparacağını bilmək bizi sevindirir.”

3x3 basketbol üzrə turnirlər, iyunun 23-dən etibarən 4 gün ərzində Bakıda, 2000 tamaşaçı tutumuna malik, müvəqqəti yaradılmış Basketbol Arenasında baş tutacaq.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Xəbər 1024 dəfə oxundu.