“Neftçi” finala çıxdı
"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirinin finalına yüksəlib. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi U-14 yarımfinalda Ukraynanın Lvov şəhərinin futbol məktəbinin komandası ilə qarşılaşıb.

Rövlan Muradovun qol vurduğu oyunun əsas və əlavə vaxtlarında heç-heçə qeydə alınıb - 1:1. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən komandamız finala vəsiqə qazanıb - 5:4.
Qeyd edək ki, yanvarın 19-da keçiriləcək həlledici görüşdə "Neftçi"nin rəqibi Rusiyanın "Sozvezdiye" klubu olacaq.

Xəbər 920 dəfə oxundu.