"Sumqayıt"ın qapıçısı "Qəbələ"yə keçir
"Qəbələ" klubu artıq yeni mövsüm üçün transfer çalışmalarına başlayıb. Baş məşqçi Roman Qriqorçuk "Sumqayıt"ın qapısını qoruyan həmyerlisi Andrey Popoviçi komandasında görmək istəyir. Millimizin üzvü artıq "Qəbələ" ilə razılığa gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov qeyd edib ki, ukraynalı qapıçı baş məşqçi Roman Qriqorçukun transfer planında ilk yeri tutur: "Ancaq hələ ki, onun keçidi tam həll olunmayıb. Transfer rəsmiləşəndən sonra ətraflı məlumat veriləcək".

Xəbər 783 dəfə oxundu.