Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib
27-28 aprel tarixlərdə Uşaq Gənclər idman məktəbində ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi münasibəti ilə ümumtəhsil məktəbliləri arasında Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.

48 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev yaradıcılığının təbliği, rayonda idmanın bu növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi olub.

Sonda qaliblər rayon Gənclər və İdman idarəsi tərəfindən təltif olunublar.

Xəbər 761 dəfə oxundu.