"Qarabağ" artıq Qəbələdədir
Premyer Liqanın 32-ci turunda "Qəbələ"nin qonağı olacaq "Qarabağ" Qəbələyə yollanıb. Ötən gün bazasındakı stadionda səhər məşqi ilə kifayətlənən komanda bu günə 1 məşq planlaşdırıb.

Bu mövsüm ərzində adıçəkilən komanda ilə üç dəfə qarşılaşan "Qarabağ" bir dəfə qələbə qazanıb, digər iki qarşılaşmada isə meydandan məyus ayrılıb.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu mayın 2-də saat 19:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Xəbər 746 dəfə oxundu.