"Neftçala" Premyer Liqaya vəsiqə qazandı
Birinci divizionda mübarizə aparan “Neftçala” Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünə vəsiqə qazanıb.
Neftçala təmsilçisi birinci divizionun 26-cı turunda yüksək liqaya vəsiqəni təmin edib. Səfərdə “Moik”lə qarşılaşan Kamal Quliyevin komandası 4:1 hesabı ilə qalib gələrək xalını 68-ə çatdırıb. Bu isə o deməkdir ki, komanda bundan sonrakı oyunların nəticəsindən asılı olmayaraq ilk iki pillədən birini tutacaq.

AFFA İntizam Komitəsinin son qərarına əsasən aşağı dəstədən Premyer Liqaya AFFA-nın lisenziyalaşdırma qaydalarına uyğun gələn və I divizionda müvafiq yerləri tutan iki klub yüksələcək.

Qeyd edək ki, "Neftçala" futbol klubu ilk dəfə "Anşad Petrol" adı ilə 2004-cü ildə Neftçala rayonunda yaradılıb. Komanda ilk dəfədir ki, yüksək liqaya vəsiqə qazanır.

Xəbər 755 dəfə oxundu.