İspaniya ilk Avropa Oyunlarının badminton yarışlarında 4 idmançı ilə təmsil olunacaq | |
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının badminton yarışlarında iştirak edəcək İspaniya millisinin heyəti açıqlanıb. İyunun 22-də start götürəcək badminton yarışlarında 4 idmançı ilə təmsil olunacaq ispanlar Bakıya iyunun 19-da gələcəklər. Kişilərin şəxsi yarışında bu ölkəni Pablo Abian təmsil edəcək. Üçqat İspaniya çempionu olan 30 yaşlı idmançı 2008-ci il Pekin və 2012-ci il London olimpiadalarının iştirakçısı olub. Qadınların şəxsi yarışında isə İspaniyanı 17 yaşlı Klara Azurmendi təmsil edəcək. O, İspaniya badmintonunun perspektivli idmançısıdır. Qadınlar arasında cütlüklərin yarışında isə İspaniyadan Haide Oxeda - Laura Molina cütlüyü mübarizə aparacaq.Bakıda keçiriləcək ilk Avropa Oyunlarının badminton yarışlarında iştirak edəcək İspaniya millisinin heyəti açıqlanıb. İyunun 22-də start götürəcək badminton yarışlarında 4 idmançı ilə təmsil olunacaq ispanlar Bakıya iyunun 19-da gələcəklər. Kişilərin şəxsi yarışında bu ölkəni Pablo Abian təmsil edəcək. Üçqat İspaniya çempionu olan 30 yaşlı idmançı 2008-ci il Pekin və 2012-ci il London olimpiadalarının iştirakçısı olub. Qadınların şəxsi yarışında isə İspaniyanı 17 yaşlı Klara Azurmendi təmsil edəcək. O, İspaniya badmintonunun perspektivli idmançısıdır. Qadınlar arasında cütlüklərin yarışında isə İspaniyadan Haide Oxeda - Laura Molina cütlüyü mübarizə aparacaq. AZƏRTAC |
|
Xəbər 1720 dəfə oxundu. |
|
|