Xavi Martines :"Xavi 50 yaşına qədər də oynaya bilər"
Bavariyanın futbolçusu Xavi Martines Barselonanın yarımmüdafiəçisi Xavini tərifləyib.
«Texnikası və ustalığı ilə Xavi 50 yaşına qədər də oynaya bilər. Mən ondan İspaniya milli komandasının düşərgəsində çox şeyləri öyrənmişəm.

Bu yay komandadan gedəcəyini bilmirəm. Amma bu cür futbolçuların qocaldığı adama pis təsir edir», – deyə Martines qeyd edib.

Xəbər 784 dəfə oxundu.