Millimiz Səudiyyə Ərəbistanına yollanacaq heyəti açıqladı
Gənc ağırlıqqaldıranlardan ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil ediləcək İslam Ölkələrinin Həmrəylik Çempionatında qüvvəsini sınayacaq. İdman.com.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Nizami Paşayev Səudiyyə Ərəbistanının Dammam şəhərində baş tutacaq bu yarışda millinin ehtiyat üzvlərini sınaqdan keçirəcək.

Yanvar 28-də start götürəcək turnirdə ölkəmizin idman şərəfini Paşa İbrahimli, Rauf Nəbiyev (hər ikisi - 62 kq), Firudin Quliyev, Elxan Əliquluzadə (hər ikisi - 69 kq), Nicat Rəhimov (77 kq), Namiq Cəmilov, Turan Abdullayev (85 kq) və Nailxan Nəbiyev (94 kq) qoruyacaqlar.

Komandamız fevralın 2-nə kimi davam edəcək “islam ölkələrinin dünya çempionatı”na Paşayev və məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında yarışın startından 1 gün öncə yollanacaq.
Qeyd edək ki, əsas yığmamız Avropa çempionatı və 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirir.

Xəbər 1147 dəfə oxundu.