Birinci Avropa Oyunları üçün 7 növdə uniforma istehsal ediləcək
Azərbaycan Respublikasının gənclər və idman naziri və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov və BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq birinci Avropa Oyunları üçün öz uniformalarını və akkreditasiya kartlarını götürüblər.

Formalar oyunların uniforma təchizatçısı “Giltex” şirkəti tərəfindən istehsal olunub. “Giltex” şirkəti “Bakı-2015” üçün ümumilikdə 110 min ədəd olmaqla, 7 növdə uniforma istehsal edəcək.

Qeyd olunub ki, Alov qoruyanlar da daxil olmaqla, BAOƏK-in bütün işçi heyəti növbəti həftələr ərzində Avropa Oyunları zamanı geyinmək üçün öz uniformalarını əldə edə biləcəklər.

Xəbər 933 dəfə oxundu.