"Neftçi" rəhbərliyi ilə legionerlər arasında qalmaqal yaranıb
"Neftçi" rəhbərliyinin legionerlərlə bağlı yeni qəbul etdiyi qərar haqda yazmışdıq. Həmin qərara görə, bundan sonra əcnəbilərin Bakıda qaldıqları evlərin kirayə haqqını klub yox, futbolçular özləri ödəməlidir. Rəhbərliyin bu qərarı legionerlər tərəfindən böyük narazılıqla qarşılanıb.

Onsuz da 3 aydır maaş ala bilməyən futbolçular üstəlik, öz ciblərindən ev kirayəsi ödəmək istəmirlər. Bizə ötürülən başqa bir məlumata görə isə, rəhbərlik legionerləri göndərmək istəyir və özü bu cür süni narazılıqlar yaradır ki, hamısı öz xoşu ilə çıxıb getsinlər.

Xəbər 965 dəfə oxundu.