"Xəzər-Lənkəran" "Bakı" ilə oyunun məşqlərinə başladı
Topaz Premyer Liqasının 31-ci turundan sonra iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” dünən Lənkərandakı bazasında bir araya gəlib. Komanda may ayının 2-də səfərdə baş tutacaq “Bakı” ilə qarşılaşmanın hazırlığını Lənkəranda davam etdirəcək.

Zədə səbəbindən son turu buraxan Vyekoslav Tomiç artıq komandaya qoşulsa da, fərdi olaraq məşqlərini davam etdirir. “Qəbələ” ilə görüşdə dizindən zədə alan İlyas Səfərzadə isə müalicə aldığından məşqlərə qoşulmur.

“Xəzər Lənkəran” may ayının 1-də hazırlığını tamamlayıb paytaxta yola düşəcək və oyunöncəsi son məşqini matçın keçiriləcəyi stadionda tamamlayıb matç saatını gözləyəcək.

Xəbər 801 dəfə oxundu.