"Naxçıvan OPEN 2015" beynəlxalq şahmat festivalı
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open 2015” beynəlxalq şahmat festivalı mayın 01-də start götürür.Festivalda keçmiş dünya çempionu, Özbəkistanın bir nömrəli şahmatçısı Rustam Kasımcanov ( beynəlxalq əmsalı - 2712) da iştirak edəcəkdir.

Qeyd edək ki,Festival çərçivəsində 3 turnir (A-güclülər , B-əmsalı 2250-dən az olanlar və C- uşaqların turniri) keçiriləcəkdir. A-turnirində Kasımcanovla yanaşı qadınlar arasında dünya çempionu - Çin təmsilçisi Hou Yifan da daxil olmaqla 15-dək ölkədən bir sıra tanınmış şahmatçılar iştirak edəcəklər. Yarış isveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

Turnirin ümumi mükafat fondu 40000 dollar təşkil edir

Xəbər 875 dəfə oxundu.