"Neftçi"nin vitse-prezidenti: "Baza barədə planımız var"
"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun yenilənməsi və yeni bazanın yaradılması barədə ideyaya münasibət bildirib. O, bunları söyləyib:

"Məsələ burasındadır ki, bizim uşaq və yeniyetmələrdən ibarət komandalarımız ev oyunlarını fərqli arenalarda keçirirlər. Biz isə istəyirik ki, bütün komandalarımız eyni yerdə məşq etsinlər, oynasınlar diqqətimiz daim üzərlərində olsun. Bizim bununla bağlı planımız var. Amma indidən nəsə söyləmək üçün hələ çox tezdir".

Xəbər 883 dəfə oxundu.