Prosineçki "Neftçi" rəsmiləri ilə görüşdü
Bu gün AFFA-nın inzibati binasında “Neftçi” klubunun təşəbbüsü ilə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki klubun nümayəndələri ilə görüşüb. “Neftçi”nin baş məşqçisi Arif Əsədovun, klubun idman direktoru Vəli Qasımovun və icraçı direktorun müavini Mübariz Xudiyevin iştirak etdiyi görüşdə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Robert Prosineçkinin gəlişindən sonra Azərbaycanın milli komandasına “Neftçi”dən futbolçu dəvət olunmur. Xorvatiyalı mütəxəssis son müsahibəsində deyib ki, hazırda “Neftçi”dən milliyə layiqli oyunçu yoxdur.

Xəbər 793 dəfə oxundu.