İtaliya Milli Olimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarına qatılacaq badmintonçuların adlarını açıqlayıb
“Bakı-2015” ilk Avropa Oyunlarında Köhnə qitədən 160 badmintonçu mübarizə aparacaq. Yarışlar 5 medal dəsti uğrunda aparılacaq. Kişi və qadın idmançılar əvvəlcə tək və cüt olmaqla ayrılıqda, sonra isə cüt olmaqla qarışıq şəkildə yarışacaqlar. 22-28 iyun tarixlərində Bakı İdman Zalında baş tutacaq yarışlara İtaliyadan qatılacaq üç idmançı da müəyyənləşib.

İtaliya Milli Olimpiya Komitəsi Canini Çikonininin, Rozario Maddaloninin və Covanni Qrekonun ilk Avropa Oyunlarında badminton üzrə yarışlarda bu ölkəni təmsil edəcəyini təsdiqləyib. İdmançılara texniki direktor Arturo Ruiz rəhbərlik edəcək. Onun sözlərinə görə, “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak hüququ əldə etməklə çox önəmli hədəfə nail olunub: “Növbəti hədəfimiz isə bu yarışlarda bütün gücümüzü səfərbər edərək qitə üzrə ən yüksək nəticəni göstərməkdir”.

AZƏRTAC

Xəbər 1964 dəfə oxundu.