Məmmədov Aydın Qasım oğlu
Məmmədov Aydın Qasım oğlu 25 aprel 1947-ci ildə Bakı şəhərində anadan olub.
Boks idman növü ilə məşğul olub. 1971-ci ildə “İdman ustası” dərəcəsi alıb. 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1968-ci ildən əmək fəaliyyətinə başlayıb. 1972-ci ildən boks idman növü üzrə məşqçi-müəllim kimi çalışıb. Müxtəlif idman təşkilatlarında məşqçi kimi fəaliyyətini davam etdirib. Hal-hazırda “Sədərək” İdman Klubunun direktoru vəzifəsində işləyir. İşlədiyi müddət ərzində bir sıra perspektivli idmançılar yetişdirib. Bunlardan Elçin Əlizadə dünya birinciliyinin, Elşən İsmayılov və Elşad Quliyev dünya kubokunun mükafatçıları, Elvin Məmişzadə isə Avropa birinciliyinin qalibi olublar. “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1631 dəfə oxundu.