Atletiko və Reala transfer qadağası qoyulacaq
FİFA Real və Atletikoya transfer qadağası qoymağı planlaşdırır. Buna səbəb yetkinlik yaşına çatmamış futbolçuların qeydiyyatıdır. Məlumatı Cadena Ser yayıb.
Çox güman ki, Madrid klubları qarşıdakı 2 transfer pəncərəsindən məhrum olacaqlar.

Bundan əvvəl Barselonaya da belə bir cəza verilmişdi.
FİFA artıq İspaniya futbol federasiyasına sanksiyalar barədə xəbər verib. Ancaq hər iki klub əfv edilə bilər. Bu , Blatterin FİFA prezidenti seçilməsi təqdirində baş tutacaq.

Xəbər 952 dəfə oxundu.