Seminar iştirakçılarına sertifikat təqdim olunub
Azərbaycan yığma komandalarının qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandesin rəhbərliyi ilə təşkil olunmuş seminar başa çatıb.

Seminar müxtəlif yaş qruplarından ibarət yığma komandaların, Azərbaycan Premyer Liqası və birinci divizion klublarının qapıçılar üzrə məşqçiləri üçün təşkil olunmuşdu.

Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Xəbər 828 dəfə oxundu.