"Neftçala" Almaniyadan futbolçu ala bilər
I Divizionda çempionluğu böyük ölçüdə həll edən "Neftçala" indidən Premyer Liqanın planlarını cızır. Bölgə təmsilçisi artıq indidən elita səviyyəsində futbolçu axtarışına çıxıb.
Bu işdə onlara klub rəhbərliyinin almaniyalı menecer dostu kömək edəcək. Hətta həmin alman menecer bu yaxınlarda Bakıya da gəlib və "Neftçala" rəhbərliyi ilə danışıqlar da aparıb. Əgər komandanın Premyer Liqada oynayacağı rəsmləşərsə həmin menecer Almaniyadan "Neftçala" üçün münasib futbolçuları seçib Bakıya göndərəcək, burda isə o futbolçulara baxıb qərar veriləcək.

Xəbər 785 dəfə oxundu.