Valentin Xristov: “Zirvə”nin şərəfini qoruyacağıma görə çox şadam”
“Zirvə” Beynəlxalq İdman Klubunun sıralarına yenicə qoşulmuş Valentin Xristov bu addımına görə çox şaddır. Bunu idmançı özü, saytımıza açıqlamasında bildirib. Xristov klubumuza gəlişi ilə bağlı hisslərini belə bölüşüb:

“Zirvə”nin şərəfini qoruyacağıma görə çox şadam. Klubuma çox sayda medallar qazandırmaq üçün bütün gücümü ortaya qoyacağam. Hər şeyə görə ilk növbədə klubumuzun prezidenti Tofiq Heydərova təşəkkür edirəm. Onun mənə hədiyyə etdiyi mənzil gələcək uğurlarım üçün böyük stimul olacaq. AAAF Park çox gözəl yerdir. Oranın sakini olmaq, burada yaşamaq və məşq etmək böyük şansdır. Bir daha təşəkkür edir, klubum “Zirvə”yə bütün yarışlarda qələbələr arzulayıram!”

Xəbər 840 dəfə oxundu.