Azərbaycan futbol ailəsinin 80000-ci üzvü
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Artıq bu sistemdə qeydiyyata alınanların sayı 80 min nəfərə çatıb.

Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 80000-ci üzvü AFFA-nın həyata keçirdiyi “Coca-Cola Məktəbli Kuboku” turnirinin iştirakçısı Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi, 01.07.2002-ci il təvəllüdlü Məhəmməd Şahlar oğlu Əsgərovdur.

Xəbər 894 dəfə oxundu.