Teymurün qələbəsi onu liderlər qrupuna saldı
Niderlandın Veyk-an-Zeye şəhərində şahmatçılar arasında ənənəvi beynəlxalq superturnir davam edir. İdman.com.az saytının məlumatına görə, 3-cü tur təmsilçilərimiz üçün uğurlu olub. Dünənki yarışmada Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2773) ağ fiqurlarla David Navara (2712) ilə görüşüb. Əvvəldən təşəbbüsə yiyələnən qrossmeysterimiz 32-ci gedişdə ispaniyalı rəqibini təslim olmağa məcbur edib – 1:0.

Milli komandamızın digər aparıcı şahmatçısı Vüqar Həşimov (2761) qara fiqurlarla ev sahibi Lyuk Van Veli (2692) ilə qarşılaşıb. Tərəflər 23-cü gedişdə heç-heçəyə razılaşıblar.
Dünya reytinqində 1-ci olan Maqnus Karlsen (2835) 3 turdan sonra bu yarışda da vahid liderdir (2,5 xal). Teymurun hesabında 2 xal var və idmançımız 2-4-cü yerləri bölüşdürür. Aktivində 1 xal olan Vüqar 9-13-cü pillərdə qərarlaşıb.

Xəbər 938 dəfə oxundu.