"Sumqayıt" FK "Simurq" üzərində qələbə qazanıb
Topaz Premyer Liqasında 31-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Simurq"la qarşılaşıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komanda 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu 49-cu dəqiqədə Pərdis Fərcad Azad vurub.

“Sumqayıt”-ın baş məşqçisi Aqil Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərə oyunların həmişə ağır keçdiyini deyib:

“Bu gün keçirilən oyuna yaxşı hazırlaşmışdıq. Bütün kollektiv qələbəyə köklənmişdi. Uzun fasilədən sonra qələbə qazandığımız üçün şadam. Azarkeşləri, oyunçuları təbrik edirəm. Düşünürəm ki, bu qələbə bizə qara zolaqdan çıxmaq üçün əlavə üstünlük verəcək”.

“Simurq”-un baş məşqçisi George Çixradze isə futbolçuları oyuna kökləməyin çox çətin olduğunu deyib. O, komanda avrokuboklara getmək şansını məğlub olmaqla itirdiyini deyib: “ Bütün bunlara baxmayaraq, oyuna pis başlamadıq. İkinci hissədə müdafiədə səhv etdik. Bundan sonra şanslarımız olsa da, hesabı bərabərləşdirə bilmədik”.

Xəbər 824 dəfə oxundu.