“İnter” bəyanat yaydı: Podolski ilə maraqlanmamışıq
Bakının “İnter” klubu bəyanat yaıb. İdman.com.az saytının məlumatına görə, paytaxt təmsilçisi Almaniya milli komandasının futbolçusu Lukas Podolskinin adının bu klubla yanaşı çəkilməsinə münasibət bildirib. Bəyanatda qeyd olunur ki, Almaniya “Köln”ündə çıxış edən hücumçunun “İnter”ə keçidi haqda alman jurnalistlərin yazdıqları həqiqətə uyğun deyil:

“Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində belə bir məlumat yayılıb ki, guya "İnter" klubu Almaniya milli komandasının futbolçusu Lukas Podolskiyə maraq göstərir. Klubun rəhbərliyi rəsmən bildirir ki, sözügedən futbolçu ilə maraqlanmır və bu informasiya həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Podolski özü Azərbaycandan olduğunu bildirsə də, heç bir klubun adını çəkməmişdi.

Xəbər 921 dəfə oxundu.