7-ci turda Şəhriyar Məmmədyarov və Rauf Məmmədov qarşılaşacaq
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015”beynəlxalq şahmat turnirində 6-cı turun partiyaları yekunlaşıb. Bu turda yalnız Fabiano Karuana və Vladimir Kramnik qarşılaşması birinci tərəfin qələbəsi ilə başa çatıb. Digər qarşılaşmalar heç-heçə ilə nəticələnib. Təmsilçilərimiz Şəhriyar Məmmədyarov Uesli So ilə, Rauf Məmmədov isə sabiq dünya çempionu Vişvanatan Anandla sülh bağlayıb. Maykl Adamsla-Maksim Vaşye Laqrav, Aniş Qiri ilə Maqnus Karlsen xalları yarı bölüb

6 turdan sonra Maqnus Karlsen 4.5 xalla liderliyini qoruyur. Uesli So ondan yarım xal geri qalaraq 4 xalla 2-ci, Vişvanatan Anand 3.5 xalla 3-cü, Şəhriyar Məmmədyarov və Fabiano Karuana hərəyə 3 xal toplayaraq 4-5-ci, Maksim Vaşye-Laqrav, Aniş Giri, və Rauf Məmmədovun hər biri 2.5 xal toplayaraq 6-8-ci, Maykl Adams isə 2 xal toplayaraq sonuncu yerdədir.

7-ci turda həmyerlilərimiz Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gələcəklər.

Turnir aprelin 26-da başa çatacaq.

Xəbər 793 dəfə oxundu.