"Neftçi" rəqib tanımır
Bayraqdarın 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirində ardıcıl üçüncü qələbəsini qazanıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi U-14 Belarusun "Muxavets" klubuna 4:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Yarımfinal oyunları sabah keçiriləcək.

Qeyd edək ki, "Neftçi" bundan əvvəlki oyunlarda Latviyanın paytaxtı Riqanın "Şitika" futbol məktəbinin komandasını 7:2, Qazaxıstanın "Merke" klubunu isə 3:0 hesabı ilə məğlub etmişdi. Yarışa yanvarın 19-da yekun vurulacaq.

Xəbər 929 dəfə oxundu.