“Şahin” hərbi-idman oyunlarının zona birinciliyi keçirilib
21-22 aprel tarixlərdə Cəlilabad rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq nazirliklərlə birgə “Şahin” hərbi idman oyununun respublika zona birinciliyi keçirilib.

Sonda komandamız birinci yeri qazanaraq GİN –nin fəxri fərmanına layiq görülüb və yarışların final mərhələsində iştirak etmək hüququ qazanıb.

Yarışların final mərhələsi 9-11 may tarixlərdə Bakı şəhərində C. Naxçıvanskiy adına hərbi liseydə təşkil olunacaqdır.


Xəbər 914 dəfə oxundu.