"Xəzər-Lənkəran" "Qəbələ" ilə oyuna 4 itki ilə çıxacaq
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyuna hazırlığı davam etdirir. Cənub təmsilçisi bu görüşə ciddi itkilərlə hazırlaşırlar.

Belə ki, baş məşqçi Elbrus Məmmədov qarşıdakı oyunda kapitan Rahid Əmirquliyevin, eləcə də Alfred Sanko, Elşən Rzazadə və Vyekoslav Tomiçin xidmətindən yararlana bilməyəcək. Tomiç zədə səbəbindən komandasına kömək edə bilməyəcəksə, digər oyunçular vərəqə limiti səbəbindən oyunu buraxmalı olacaq.

Xəbər 803 dəfə oxundu.