Futzal üzrə Azərbaycan millisi beynəlxalq turnirə qələbə ilə başlayıb | |
Moldovanın paytaxtı Kişineuda təşkil olunan futzal üzrə beynəlxalq turnirdə Azərbaycan milli komandası ilk oyununu keçirib. Millimiz Rumıniya regional yığması ilə qarşılaşıb. Qarşılaşma 6:3 hesabı ilə millimizin xeyrinə başa çatıb. Komandamızın heyətində Samir Həmzəyev iki, Vitali Borisov, Namiq Məmmədkərimov, Vahib Xodjayev və Zeynal Zeynalov isə bir dəfə fərqləniblər. |
|
Xəbər 846 dəfə oxundu. |
|
|