Yeniyetmələrdən ibarət yığma komandamız ilk günü çıxışını 2 medalla başa vurub
Türkiyənin Konya şəhərində keçirilən sayca 5-ci Rumi Beynəlxalq Uşaq Oyunlarında çıxış edən Yeniyetmələrdən ibarət yığma komandamız ilk günü çıxışını 2 medalla başa vurub. Belə ki, Bəhruz Quluzadə və Anar Hüseynli, müvafiq olaraq, -37 kq və -53 kq çəki dərəcəsində yalnız final döyüşündə məğlub olaraq, yarışın gümüş medallarını əldə edib.

Komanda, yarışın ikinci günü daha 2 medal qazanıb.
Belə ki, 61+ kq çəki dərəcəsində Cavid Soltanov və -47 kq çəki dərəcəsində Nuranə İbrahimova yarışın qızıl medallarını qazandılar.
Aktivinə 1 qızıl və 2 gümüş medal əlavə edən yeniyetmə oğlanladan ibarət yığmamız, komanda hesabında 2-ci yerə layiq görüldü.

Yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə ölkəmizi bu oyunlarda təmsil edən komandamız 2 qızıl və 2 gümüş medal qazanaraq aprel ayının 24-ü vətənə dönür.

Xəbər 728 dəfə oxundu.