İlk Avropa Oyunlarının başlamasına 50 gün qalması münasibətilə xüsusi poçt markaları dövriyyəyə buraxılıb | |
“Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 50 gün qalması münasibətilə aprelin 23-dən yeni poçt markaları dövriyyəyə buraxılıb. Bunu aprelin 23-də Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov deyib. Nazir müavini bildirib ki, markaların üzərində “Bakı-2015”in brendi olan nar və ilk Avropa Oyunlarına proqramına daxil olan idman növləri təsvir edilib. Markaları respublikamızın poçt şöbələrindən əldə etmək mümkündür. |
|
Xəbər 879 dəfə oxundu. |
|
|