Millimiz ilk oyunda qələbə qazanıb
Moldovanın paytaxtı Kişinyovda təşkil olumuş futzal üzrə beynəlxalq turnirdə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib. Millimiz Rumıniya regional yığması ilə qarşılaşıb. Qarşılaşma 6:3 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Komandamızın 2 qolunun müəllifi Samir Həmzəyev olub. Hərəyə bir dəfə Vitali Borisov, Namiq Məmmədkərimov, Vahib Xodjayev və Zeynal Zeynalov fərqlənib.

Xəbər 793 dəfə oxundu.