Şahmat üzrə nüfuzlu Veyk-an-Zee turnirinin direktoru Şəmkirə gəlib
Hər il Hollandiyada keçirilən şahmat üzrə nüfuzlu Veyk-an-Zee super turnirinin direktoru və təşkilatçısı Yeroen van den Berq Şəmkirə gəlib.

Qonaq “Synergy Group”un təşkilatçılığı ilə keçirilən Vüqar Həşimovun xatirə turnirində iştirak edəcək. Şahmatçılarla və rəsmilərlə görüşəcək Yeroen ven den Berq yarışın sonuna qədər Şəmkirdə qalacaq.

Onun təşkilatçılığı ilə hər il Hollandiyada keçirilən ənənəvi Veyk-an-Zee turniri şahmat aləminin ən uzunömürlü yarışlarından hesab olunur.




Xəbər 761 dəfə oxundu.