Yeniyetmə qılıncoynadanlar ən güclülərini müəyyənləşdirirlər
Dünən yeniyetmə qılıncoynadanlar arasında Azərbaycan birinciliyi start götürüb. İdman.com.az saytının məlumatına görə, yarışın birinci günü iştirakçılar şpaqa növündə qüvvələrini sınayıblar. Oğlanlar arasında Aslan Baloğlanov, qızlarda Məryəm Məlikova bütün rəqiblərini üstələyiblər. Bu gün rapiraçıların mübarizəsi yekunlaşıb.

Oğlanlar arasında adı çəkilən növdə də ən yüksək nəticəni Aslan Baloğlanov göstərib. Məhin Məlikova qızlar arasında qalib olub. Sabah qızlar arasında sablya üzrə yarış keçiriləcək. Oğlanlar isə bu növ üzrə yanvarın 18-də bacarıqlarını nümayiş etdirəcəklər.

Xəbər 1913 dəfə oxundu.